Bakı Forumunda işgüzar görüşlər

 

   Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Litva, Suriya, Monteneqro, İordaniya, Misir və Gürcüstandan olan həmkarları ilə ikitərəfli münasibətləri müzakirə edib

  

   Xalqlararası dialoq və anlaşmanın nümunəsi

  

   Mayın 31-də mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Bakıda keçirilən II Dünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində Litvanın mədəniyyət naziri Sarunas Birutislə görüşdü.

   Litvalı həmkarının Forumda iştirakından məmnunluğunu bildirən nazir iki ölkə arasında mədəniyyət sahəsində mühüm tərəfdaşlığın olduğunu qeyd etdi. Sarunas Birutisi ölkəsinin mədəniyyət naziri vəzifəsinə yeni təyin olunması ilə bağlı təbrik edən Əbülfəs Qarayev ümidvar olduğunu bildirdi ki, onun nazirliyə rəhbərliyi dövründə ikitərəfli münasibətlər daha da vüsət alacaq:Litva ilə həm mədəniyyət, həm də turizm sahəsində yüksək səviyyədə əməkdaşlıq edirik. Sizin ölkədən olan şirkətlər Azərbaycanda bir çox tenderdə qalib gəliblər, burada layihələrin icrası ilə məşğuldurlar. Mədəniyyət sahəsində də uğurlu layihələr həyata keçirilir. Azərbaycan bəstəkarlarının əsərlərinin Litva simfonik orkestri tərəfindən müxtəlif ölkələrdə ifa olunması xalqlararası dialoq və anlaşmanın əsl nümunəsidir. Biz bu cür tədbirlərin gələcəkdə də təşkilinə çalışacağıq”.

   Litvalı nazir səmimi qəbula və qonaqpərvərliyə görə azərbaycanlı həmkarına minnətdarlığını bildirərək əlavə etdi ki, onun ölkəsində Azərbaycan mədəniyyətinə, musiqisinə böyük maraq var. Bakıda möhtəşəm Forumun keçirilməsinə də toxunan nazir qeyd etdi ki, Azərbaycanın beynəlxalq tədbirlərin təşkili sahəsində qazandığı təcrübədən bəhrələnmək lazımdır.

   Görüşdə iki ölkə arasında mədəniyyət sahəsində əməkdaşlığın perspektivləri müzakirə edildi.

  

   Suriya ölkəmizlə mədəni əlaqələrə xüsusi önəm verir

  

   Mayın 31-də Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Bakı Forumunda iştirak edən Suriyanın mədəniyyət naziri xanım Libana Mişavvahı qəbul etdi.

   Qarşılıqlı maraq doğuran məsələlərin müzakirə olunduğu görüşdə Əbülfəs Qarayev Forumun əhəmiyyətindən danışdı, müzakirə olunan məsələlərin tezliklə həllini tapacağına ümidvar olduğunu bildirdi. Suriyada baş verən hadisələrdən narahatlığını ifadə edən nazir belə çətin vəziyyətdə imkan tapıb Bakı Forumunda iştirak etdiyinə görə həmkarına təşəkkür etdi.

   Söhbət zamanı iki ölkə arasında mədəniyyət sahəsində gələcək əməkdaşlığın perspektivləri müzakirə olundu.

   Xanım Libana Mişavvaha öz növbəsində Suriyadakı ağır vəziyyətə baxmayaraq, mədəniyyət sahəsində əlaqələrin genişləndirilməsinə xüsusi əhəmiyyət verdiklərini qeyd etdi. Suriyalı nazir ümidvar olduğunu bildirdi ki, bu görüş iki ölkə arasında mədəni əlaqələrin inkişafında yeni mərhələ olacaq.

  

   Azərbaycan-Monteneqro mədəni əlaqələri böyük potensiala malikdir

  

   Mədəniyyət turizm naziri Əbülfəs Qarayev Bakı Forumu çərçivəsində Monteneqronun mədəniyyət naziri Branislav Miçunoviçlə görüşdü.

   İki ölkə arasında mədəniyyət əlaqələrinin genişləndirilməsinin vacibliyini qeyd edən nazir Azərbaycan Monteneqro prezidentlərinin qarşılıqlı səfərlərinin bu istiqamətdə aparılan işlərə misilsiz töhfə verdiyini vurğuladı. Monteneqronun zəngin mədəniyyətə, böyük turizm imkanlarına malik olduğunu deyən Əbülfəs Qarayev ölkələrimiz arasında mehriban dostluq münasibətlərinin qurulduğunu bu əlaqələrin daha da inkişaf etdirilməli olduğunu bildirdi.

   Səmimi qəbul qonaqpərvərliyə görə minnətdarlığını bildirən Branislav Miçunoviç Bakı Forumunun xalqlar arasında mədəni əlaqələrin dərinləşməsində əhəmiyyətindən danışdı, tədbirin yüksək səviyyədə təşkilinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə minnətdarlığını bildirdi.

   Görüşdə iki ölkə arasında mədəniyyət sahəsində bir sıra maraq doğuran məsələlər müzakirə edildi.

  

   İordaniya ölkəmizin təcrübəsindən yararlanmaq istəyir

  

   Mədəniyyət turizm naziri Əbülfəs Qarayevin İordaniyanın mədəniyyət naziri Barakat Arajanla görüşündə iki ölkə arasında əməkdaşlığın inkişaf perspektivləri müzakirə olundu. Əbülfəs Qarayev ölkələrimiz arasında mehriban dostluq münasibətlərindən, İordaniyaya səfərlərindən burada keçirdiyi səmimi görüşlərdən məmnunluq hissi ilə danışdı.

   İordaniyalı nazir Barakat Arajan isə öz növbəsində Bakı Forumunun yüksək səviyyədə təşkil edildiyini, mədəniyyətlərarası dialoqun xalqların yaxınlaşmasında mühüm rolunu vurğuladı. Azərbaycanın kitabxana muzey işi sahəsində böyük təcrübəyə malik olduğunu deyən qonaq bu təcrübədən faydalanmağın zəruriliyini qeyd etdi.

   Görüşdə Azərbaycan İordaniya arasında mədəniyyət sahəsində əməkdaşlıq üzrə növbəti fəaliyyət planının hazırlanması bu işlərin cari ilin oktyabrınadək başa çatdırılması qərara alındı.

  

   Tarixi dostluq münasibətlərinin perspektivləri müzakirə edilib

  

   Mayın 31-də mədəniyyət turizm naziri Əbülfəs Qarayev Bakı Forumu çərçivəsində Misirin mədəniyyət nazirinin birinci müavini xanım Kameliya Subhi ilə görüşdü. Görüşdə qonağa Azərbaycanın mədəni həyatında baş verən yeniliklər, onun turizm potensialı, son illər ölkəmizin ev sahibliyi ilə keçirilən beynəlxalq tədbirlər haqqında məlumat verən nazir iki ölkə xalqlarının dərin mədəni köklərlə bir-birinə bağlı olduğunu bildirdi, bu əlaqələrin daha da genişləndirilməsinin vacibliyini vurğuladı.

   Xanım Kameliya Subhi iki ölkə arasında mədəniyyət sahəsində əməkdaşlığın əhəmiyyətini qeyd edərək Bakıda yüksək səviyyədə təşkil edilmiş İkinci Dünya Mədəniyyətlərarası Dialoq Forumuna dəvət olunduğuna görə minnətdarlığını bildirdi. Mədəni proqram çərçivəsində Bakının bir çox görməli yerləri ilə tanış olduğunu diqqətə çatdıran qonaq qədim şəhərin gözəlliyinə heyran qaldığını dedi.

   Qarşılıqlı anlaşma dostluq şəraitində keçən görüşdə Azərbaycan-Misir mədəniyyət əlaqələrinin perspektivləri bir sıra digər məsələlər müzakirə edildi.

  

   Azərbaycan-Gürcüstan mədəni əlaqələri uğurla inkişaf edir

  

   İyunun 1-də mədəniyyət turizm naziri Əbülfəs Qarayev II Dünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak edən Gürcüstanın mədəniyyət abidələrin mühafizəsi naziri Quram Odişariyanı qəbul etdi.

   İki ölkə arasında mədəniyyət sahəsində əməkdaşlığın müzakirə olunduğu görüşdə qarşılıqlı maraq doğuran məsələlər müzakirə edildi. Tbilisidə Nəriman Nərimanovun ev-muzeyinin yenidən qurulması, Bakıda Nizami Kino Mərkəzində tanınmış gürcü rejissoru, SSRİ Xalq artisti Rezo Çxeidzenin 1964-cü ildə çəkdiyi 2013-cü ildə müasir texnologiya ilə rəngli bərpa edilmiş "Əsgər atası" bədii filminin nümayişinin böyük marağa səbəb olması, eləcə mədəniyyət, incəsənət sahəsində mövcud olan geniş əlaqələrdən söz açıldı.

   Əbülfəs Qarayev ölkələrimiz arasında mehriban dostluq münasibətlərindən, Gürcüstana səfərlərindən, orada keçirdiyi görüşlərdən bəhs etdi, gürcü həmkarına Forumda iştirakına görə təşəkkürünü bildirdi.

   Səmimi şəraitdə keçən görüşdə nazirin gürcü həmkarının bədii əsərlərindən sitat gətirməsi qonaq tərəfindən məmnunluqla qarşılandı. Sizin mənim əsərlərimi oxumağınız mənim üçün böyük şərəfdir”, - deyə Quram Odişariya bildirdi.

   Bakı Forumunun əhəmiyyətindən danışan gürcü nazir tədbirin yüksək səviyyədə təşkil edildiyini, mədəniyyətlərarası dialoqun xalqların yaxınlaşmasında mühüm rol oynadığını vurğuladı.

  

   Sadiq Musa

 

Mədəniyyət.- 2013.- 5 iyun.- S. 5.